Cümə axşamı , Dekabr 2 2021
azfa

Albaniya, Quzey Azərbaycan türklərinin xristian qıpçak tarixidir !!!

GADTB: Bu günlərdə dostlarla Qəbələnin Nic kəndində olduq. Həm kəndin qədim kilsəsinə, həm də meşəlikdəki qədim deyilən qəbristanlığa baş çəkdik. Bir daha əmin oldum ki, bu azsaylı xalqın Qafqaz Albanlarına heç bir dəxli yoxdur. Və bir tarixi sənədin mətnini hər kəsin oxuması üçün təqdim edirəm:

“Bizim ən böyük istəyimiz odur ki, keşişimiz öz xalqımızdan olsun, çünki biz aydınladan müqəddəs QRİQORİNİN kilsəsində (!!! – yəni Qriqorian kilsəsində – C.B.) olsaq belə, bizim dilimiz fərqlidir. Biz Udiyik və Nic və Vartaşendən başqa heç yerdə yaşamırıq. Bizim erməni dili haqda ən kiçik bir fikrimiz də yoxdur, nə də o dildə müqəddəs kitabı başa düşmürük…”

Mənbə:

/Udilərin Eçmiədzindəki Hay Qriqorian kilsəsinin katolikosluğuna ərizəsi. Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, dosye 5214, səh.1/

Qafqaz Albanları 1836-cı il aprelin 10-na kimi müstəqil Alban Həvari Kilsəsinə mənsub idi. Və tarixin heç bir dövründə Qriqorian kilsəsinə tabe olmadılar. Qeyd olunan tarixdə isə Rusiya Senatının Əsasnaməsi qəbul olunub və Alban Həvari Kilsəsi Erməni Qriqorian kilsəsinin idarəçiliyinə verilib. Bu bədnam sənəd Alban kilsəsinin ləğvi barədə çar I Nikolayın 11 mart 1836-cı il tarixli fərmanına əsaslanırdı.

Nəticə çıxarmaq artıq dəyərli oxucunun işidir. QRİQORİAN UDİLƏR və QAFQAZ ALBANLARI ! Və birincilər hələ iddia edir ki, onlar ikincilərin tarixi, siyasi və dini varisləridir… 

Şəkillərdə: 1. Nic kəndinin yaşı 300 ildən artıq olmayan “ən qədim” kilsəsi.

2. Kilsənin böyründəki məzar daşlarında Qriqorian xaçı.

3. Bu məzarlıqda ən qədim qəbir daşı XVIII əsrdən o yana keçmir.

Ceyhun bayramlı,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …