Şənbə , İyun 27 2026
azfa

Almaniya qədim türk yurdu Krımın işğalı ilə barışmayacağını bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın xarici işlər naziri Hayko Maas deyib ki, Rusiyanın Ukraynanın Krım bölgəsini işğal etməsi ilə barışmayacağıq.

Nazir Krımın Ukraynanın suverenliyinə aid olduğunu vildirib: “Krımı Rusiya ərazisi kimi tanısaq, digər ölkələr də bunu nümunə götürərək beynəlxalq hüquq normalarına zidd qərarlar qəbul edə bilərlər”.

Alman diplomat Ukraynadakı işğallara görə, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya qərarının atılmış ən doğru addım olduğunu diqqətə çatdırıb.

Alman nəşri “Sonnatag” Krım, Donbas (Ukrayna), Abxaziya və Cənubi Osetiya (Gürcüstan) kimi münaqişələrlə yanaşı, uzun illərdir Ermənistan və Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib.

Qeyd edək ki, Krım yarımadası qədim türk yurdudur və bu yarımadanı ruslar işağl edib Krım tatarlarının əksərini sürgün edib, sonda isə Ukraynaya birləşdirilən bu ərazi Rusiya tərəfindən işğal edilmişdir.

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …

Bir cavab yazın