Şənbə , İyun 6 2026
azfa

Axios: İran ABŞ-yə müharibənin dayandırılması üçün yeni təklif təqdim edib

GADTB: Axios xəbər agentliyi mənbələrə istinadən bildirir ki, İran vasitəçilər üzərindən ABŞ-yə müharibənin birdəfəlik dayandırılması və Hörmüz boğazının yenidən açılması məqsədi daşıyan yeni təklif təqdim edib.

Məlumata görə, Tehran Vaşinqtona üç mərhələli danışıqlar formulu irəli sürüb:

1. Müharibənin tam dayandırılması və İranla Livana qarşı hərbi əməliyyatlara yenidən başlanmayacağına dair zəmanətlərin alınması;

2. Bu razılaşmadan sonra Hörmüz boğazının idarə olunması və nəzarət mexanizmləri ilə bağlı danışıqların başlanması;

3. Nüvə proqramı məsələsinin yalnız son mərhələdə və yalnız əvvəlki iki mərhələdə razılaşma əldə olunarsa danışıqlar gündəliyinə daxil edilməsi. /Azad İran

Həmçinin yoxlayın

Molla rejimi Gürcüstanda təsirini genişləndirməyə çalışır

GADTB: İsrailin baş naziri Benyamin Netanyahunun sabiq müşaviri Simon Bulşteyn Gürcüstanda İranla əlaqəli təşkilat və …

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb. İsrailin “Maariv” qəzeti yeni raketin …