Şənbə , İyun 27 2026
azfa

Azərbaycanlı fəal Nima Məhəmmədi Vəfa 38 gündür xəbərsiz karantin bölməsində saxlanılır

QADTB: Azərbaycan milli hərəkatının fəalı və tələbə olan Nima Məhəmmədi Vəfa artıq 38 gündür ki, heç bir hüquqi status müəyyənləşdirilmədən və rəsmi izahat verilmədən Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsində saxlanılır.

Daxil olan məlumatlara əsasən, bu gənc fəalın hazırkı vəziyyəti ilə bağlı ailəsinə hər hansı dəqiq və rəsmi informasiya təqdim edilməyib. Onun uzun müddət hüquqi qeyri-müəyyənlik şəraitində saxlanılması narahatlıqları ciddi şəkildə artırır. Aradan 38 gün keçməsinə baxmayaraq, Nima Məhəmmədi-Vəfanın hansı ittihamla saxlanıldığı və nə zaman məhkəmə qarşısına çıxarılacağı hələ də məlum deyil.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …