Şənbə , May 17 2025
azfa

Azərbaycanlı millət vəkili İran məclisinin kürd terrorçuların məclisinə çevrilməsinə etiraz etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd və Culfa bölgəsin millət vəkili Məhəmməd Həsənnejad İran məclisinin Suriyanın kürd terror qruplaşmasının məclisinə çevrilib, terrorçuların mövqeyini sərgiləməsinə kəskin etiraz etdi.

O irqçi fars rejimin himayəsi ilə bəzi üzdəniraq millət vəkillərinin PYD/PKK terror təşkilatını məclisin tribunasından dəstəkləməsinə sərt reaksiya göstərib.

O, millət vəkillərinin Türkiyənin Suriyanın şimalında başladığı “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatından sonrakı mövqe dəyişikliyini tənqid edib.

“Biz dünənə kimi onlar barəsində “ABŞ-ın dəstəklədiyi terrorçulardır və əsgərlərimizi şəhid edirlər” deyirdik. İndi bu terrorçulara niyə üzülürük?”, – o deyib.

Bəzi millət vəkillərinin əməliyyatın kürt millətinə qarşı olması barədə fikirlərə gəlincə, Məhəmməd Həsənnejad ölkədə yalnız bir – İran milləti olduğunu, “kürd milləti” ifadəsinin separatçı kürdlər üçün faydalı olduğunu bildirib.

“Bu İran parlamentidir, yoxsa Suriya kürdlərinin parlamentidir”, – o vurğulayıb.

Qeyd edək ki, irqçi farsrejim bir neçə gündür davamlı şəkildə terrora dəstək aksiyası təşkil edir.  

Həmçinin yoxlayın

İran və Avropanın böyük dövlətlərinin rəsmiləri İstanbulda görüşüblər

GADTB: Bu gün İran XİN rəhbərinin müavinləri Kazım Qəribabadi və Məcid Təxt Rəvançi İstanbulda üç …

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …

Bir cavab yazın