Cümə axşamı , Aprel 25 2024
azfa

Beynəlxalq Əfv Təşkilatı həbs və təzyiqlərə məruz qalan azərbaycanlı milli fəallarla bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı üç-türk, fars və ingilis dillərində iyul və avqust aylarında Güney Azərbaycanda Babək Qalası Qurultayı və Savalan dağında keçirilən mərasimdə yaxalanan azərbaycanlı fəallarla bağlı bəyanat yaydı.

Beynəlxalq Əfv Təşkilatının Bəyanatında həmin mərasimlərdə yaxalanan və sonralar mülki vəsiqə qarşılığında zaminə buraxılan fəallara bəraət verilməsi və İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur.

Beynəlxalq Əfv Təşkilatı bu il keçirilən mərasimlər, xüsusi ilə də Babək Qalası Qurultayı barədə araşdırma aparıldığını bildirərək, İran rəsmilərindən işgəncələrlə bağlı edilən şikayətlərə təcili şəkildə baxılmasını və bu haqda tərəfsiz araşdırmalar aparılmasını tələb edib. Bəyanatda deyilir ki, işgəncələrlə bağlı məsuliyət daşıyan şəxslər beynəlxalq qaydalara uyğun şəkildə əzalandırılmalıdırlar.

Hesabatda yazılıb ki, baş verən hadisələr diqqətlə izlənilib, sosial şəbəkələr və müstəqil kütləvi informasiya vasitələrində yayılan məlumatlar nəzərdən keçirilərək, yaxalananlardan ən azı 10 nəfərindən geniş müsahibə aparılıb.

Hesabatda qanunsuz həbs və işgəncə hallarının olduğu geniş şəkildə öz əksini tapıb. Babək Qalası Qurultayı və s. belə mərasimləri Azərbaycan türklərinin doğma mədəniyyətini gücləndirməsi və ayrı-seçkiliklərdən şikayət etməsi üçün bir fürsət kimi dəyərləndirib.

Beynəlxalq Əfv Təşkilatı irqçi fars rejimin ayrı-seçkilik siyasətini kəskin pisləyərək, İranın da üzv olduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsini xatırlatmış və bildirmişdir ki, etnik və dini azlıqlar heç bir şəkildə doğma mədəniyyətini yaşamaq, dini ayinlərini icra etmək və öz dilindən istifadə etməkdən məhrum edilə bilməz.

Beynəlxalq Əfv Təşkilatı hesabatında Babək Qalası Qurultayı və Savalan dağı mərasimi ilə bağlı 120 nəfərin saxlandığı bildirilib, onlardan bir neçəsi, o cümlədən Abbas Lisani, İbrahim Nuri, Cəfər Rüstəmirad,  Kiyumərs İslami, Həmid Ədib Şəfəq, Məhəmməd Colani, Meysəm Colani, Əli xeyrcu, Möhsün İsməili, Əsgər Əkbərzadə, Rəhim Qulami, Əli Vasiqi, Səid Sadiqifər, Mehdi Huşmənd, Murtaza Pərvin, Mustafa Pərvin, Tohid Əmir Əmini, Əli Ruhbəxş, Qulam Quluzadə və Məhəmməd Azadın saxlanılması barədə ayrı-ayrılıqda araşdırma aparıldığı qeyd olunub.

Həmçinin İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı siyasi məhbuslar Siyamək Mirzayi və Lətif Həsəninin vəziyyətindən nigaranlıq bildirilib.

Beynəlxalq Əfv Təşkilatı söz azadlığı, etniklərin hüquqlarına riayət edilməsi, qanunsuz saxlanmaların dayandırılması, azərbaycanlı fəalların işgəncə edilməməsi və onlara qarşı edilən təzyiqlərin dayandırılması haqda irqçi fars rejimin məsullarına tövsiyyələr irəli sürüb.

Hesabatda İrana İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya qoşulmuş bir ölkə kimi irqi ayrı-seçkiliyin dayandırılması üçün lazımi tədbirləri görməsi öhdəliyinin olduğu xatırlanır.

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın