BMT Təhlükəsizlik Şurası İrana qarşı qətnamə qəbul edib

GADTB: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası çərşənbə günü qəbul etdiyi qətnamədə İrandan Fars körfəzi regionu ölkələrinə qarşı hücumlarını dərhal dayandırmağı tələb edib.

Qətnamədə bildirilir ki, bu hücumlar beynəlxalq hüququn pozulmasıdır və “beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid” hesab olunur.

Sənəd 13 lehinə səslə qəbul olunub, iki ölkə isə bitərəf qalıb. Qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya qarşı bütün hücumlarını dərhal dayandırması tələb olunur.

Diqqət çəkən məqamlardan biri isə odur ki, Çin və Rusiya qətnaməyə qarşı səs verməyib, yalnız bitərəf mövqe tutublar.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …