Xəbərlər

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri müsadirə edilib. Məhkəmə orqanları həmin şəxsləri “düşmənlə əməkdaşlıq”da ittiham edib. Bildirilir ki, bu şəxslərdən 42-si xarici ölkələrdə, qalanları isə İranda yaşayır. Məhkəmə rəsmiləri iddia ediblər ki, sözügedən şəxslər “düşmənlə əməkdaşlıq şəbəkəsi”ndə fəaliyyət göstəriblər və onların …

Ətraflı oxu »

Xarg adasında neft yüklənməsi dayandı; İran ixracatda görünməmiş böhranla üzləşib

GADTB: Artıq səkkizinci gündür ki, Xarg adasından heç bir xam neft yükü daşınmayıb. Bu görünməmiş hadisə İran İslam Respublikasının ən mühüm neft ixrac terminalı üzərində artan təzyiqləri daha da aydın şəkildə ortaya qoyur. Məlumatlara görə, quru anbarlarında neft saxlama tutumu tam dolub və vəziyyətin davam etməsi ixrac zəncirində, eləcə də …

Ətraflı oxu »

ABŞ Kosmik Qüvvələri İranın nüvə proqramı və hərbi fəaliyyətini kosmosdan izləyir

GADTB: ABŞ mediasının yaydığı məlumatlara görə, ABŞ Kosmik Qüvvələri (US Space Force) İran İslam Respublikası ilə informasiya və hərbi qarşıdurmada aktiv rol oynayır və İranın nüvə proqramı ilə hərbi fəaliyyətlərini davamlı olaraq kosmosdan izləyir. Bildirilir ki, 2019-cu ildə Donald Trampın ilk prezidentlik dövründə yaradılan bu qüvvə İranla bağlı əməliyyatlarda, o …

Ətraflı oxu »

Tramp: Vaşinqtonun İrana qarşı səbri məhduddur, Tehran razılaşma üçün addım atmalıdır

GADTB: ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı səbrinin məhdud olduğunu bildirib və Tehranın razılaşmaya nail olmaq üçün addım atmalı olduğunu deyib. ABŞ prezidenti “Fox News” telekanalına müsahibəsində bildirib: “Mən artıq çox səbirli olmayacağam. İran razılaşmalıdır.” Tramp ABŞ-ın İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etməyə çalışması ilə bağlı da danışıb. O …

Ətraflı oxu »

Cənubi Azərbaycan milli fəalı Vəhid Əbhəriyə qarşı yeni ittiham irəli sürülüb

GADTB: Vəhid Əbhəri özünün instaqram səhifəsində paylaşdığı “stori” vasitəsilə yeni məhkəmə prosesi ilə bağlı detalları açıqlayıb. O yazıb: “Ya girov məbləği ağırlaşdırılacaq, ya da həbs olunacağam.” Vəhid Əbhəri bildirib ki, əvvəlki məhkəmə işinə yeni ittiham əlavə olunub. Paylaşdığı məlumata görə, aldığı bildiriş əsasında şənbə günü səhər saatlarında ittihamın elan olunması …

Ətraflı oxu »

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən axşamdan etibarən bir qrup Çin gəmisinin Hörmüz boğazından keçməsinə icazə verib. Bundan bir neçə saat sonra İran Dövlət Televiziyası və Radiosu açıqlayıb ki, “30-dan çox gəmi” bu su yolundan keçmək icazəsi alıb. Lakin onların hamısının …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və vəziyyəti barədə hələ də heç bir məlumat yoxdur. Məhəmmədrza Mühümianın 1404-cü ilin 28 bəhmən tarixində davamlı getdiyi idman klubunun qarşısında zorla saxlanıldığı bildirilir. Məlumata görə, onun saxlanılmasının səbəbi yalnız sosial şəbəkədə paylaşdığı bir “storiyə” görə …

Ətraflı oxu »

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş uran istehsal etmək imkanına “çox yaxın” vəziyyətə çatıb və hazırda uranı təxminən 60 faizədək zənginləşdirir. Onun sözlərinə görə, bu səviyyə texniki baxımdan təxminən 90 faizlik — hərbi məqsədlər üçün tələb olunan səviyyəyə — daha az …

Ətraflı oxu »

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün silahları üçüncü ölkə vasitəsilə çatdırmağı qarşıya məqsəd qoyublar. “The New York Times” qəzeti yazıb ki, Çin şirkətləri İslam Respublikasına hərbi yardımın mənşəyini gizlətmək məqsədilə silahları üçüncü ölkələr vasitəsilə göndərməyi planlaşdırır. Amerika rəsmilərinin sözlərinə görə, bu …

Ətraflı oxu »

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur əsasında müsadirə olunduğunu iddia edib. Mehr Xəbər Agentliyinin məlumatına görə, Müctəba Qəhrəmani həmin şəxsləri “düşmənə bağlı xaricdə yaşayan ünsürlər” adlandırıb və bildirib ki, məhkəmə sisteminin addımı İslam Respublikasına qarşı olan şəbəkələrlə əməkdaşlığa qarşı mübarizə çərçivəsində …

Ətraflı oxu »