Xəbərlər

Pakistan İrana xəbərdarlıq etdi: “Bu, son şansdır”

GADTB: “Middle East Eye” nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp İranın müharibəni bitirmək üçün aparılan danışıqları necə idarə etməsindən getdikcə daha çox məyus olur və bəzi ABŞ rəsmiləri genişmiqyaslı hərbi əməliyyatların yenidən bərpasını daha ciddi şəkildə gündəmə gətirir. Pentaqon daxilində bəzi rəsmilər iranlıları danışıqlar masasına qaytarmaq üçün daha aqressiv …

Ətraflı oxu »

“Mis-i Süngün” komandasının özəlləşdirilib, dövlət yardımından məhrum edilməsi ədalətsizlikdir

GADTB: Təbrizin molla rejimin parlamentdəki deputı Əlirza Novin deyib ki, Kirman Mis Şirkətinin 16 idman növündə komandaları olsa da Vərziğan şəhərinin “Mis-i Süngün” futbol klubunun özəlləşdirməyə verilməsi ayrı-seçkilikdir. Əlirza Novin həmçinin Sənaye, Mədən və Ticarət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinə ünvanladığı yazılı xəbərdarlıqda İran Mis Şirkətinin “Mis-i Sönqün” futbol …

Ətraflı oxu »

İran parlamenti rəsmisi: ABŞ və İsrail yenidən hücum edərsə, 90 faiz zənginləşdirmə gündəmə gələ bilər

GADTB: İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü bildirib ki, ABŞ və İsrail tərəfindən mümkün yeni hücum halında İran uranın 90 faizə qədər zənginləşdirilməsinə başlaya bilər. Komissiya sözçüsü İbrahim Rzai “X” platformasında yazıb: “ABŞ və İsrailin yenidən hücumu halında İranın variantlarından biri 90 faiz zənginləşdirmə ola …

Ətraflı oxu »

Trampdan kürd qruplarına sərt tənqid: “Kürdlər yalnız silah götürməyi bacarır”

GADTB: Donald Tramp bazar ertəsi İran və ölkə daxilindəki hökumət əleyhdarları barədə danışarkən kürd qruplarını da sərt şəkildə tənqid edib və dolayı yolla etirazların uğursuzluğuna onları cavabdeh göstərib. Tramp bildirib ki, “İranda insanlar küçələrə çıxmaq istəyirdilər, amma silahları yox idi. Biz düşünürdük ki, kürdlər onlara silah çatdıracaq, lakin kürdlər bizi …

Ətraflı oxu »

Avstraliyada İran rəsmilərinə qarşı yeni sanksiyalar

GADTB: Avstraliya hökuməti İran hakimiyyətinin xalq etirazlarını zorakılıqla yatırması və bölgədə sabitliyi pozan fəaliyyətlərinə cavab olaraq yeni maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq etdiyini açıqlayıb. Avstraliya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, “yanvar ayında İran hakimiyyəti minlərlə öz vətəndaşını qətlə yetirib, dinc etirazçılara qarşı genişmiqyaslı həbslər həyata keçirib”. Bəyanatda saxlanılan …

Ətraflı oxu »

Urmiyada tanınmış azərbaycanlı fəal Yusif Dəstanın dəfn mərasimi keçirilib

GADTB: Azərbaycan Milli Hərəkatının Urmiyadakı ağ saqqallarından Yusif Dəstanın dəfn mərasimi Urmiyə şəhərində keçirilib. Mərasimdə milli hərəkat fəalları, mədəniyyət nümayəndələri və çoxsaylı şəhər sakinləri iştirak ediblər. Mərhum Yusif Dəstan Cənubi Azərbaycan milli hərəkatının tanınmış simalarından biri, həmçinin Urmiyənin ictimai və mədəni çevrələrində seçilən fəallardan hesab olunurdu. Qeyd edək ki, onun …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta türkiyəli millət vəkili sayın Serkan Bayramla görüşdə-Şəkil

GADTB: Avstraliya Azərbaycan Assosiasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta Sidneyə gələn türkiyəli millət vəkili sayın Serkan Bayramla görüşə qatılıb. Sayın Mikayil bəy görüş barədə öz təəssüratını bölüşərkən deyib: Avstraliya səfəri zamanı Sidney şəhərində baş tutan görüşümüzdən böyük məmnunluq duyduq. Onun …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı tələbə İrfan Şəkurzadəni “casusluq” ittihamı ilə edam edib

GADTB: Təbrizdən olan İrfan Şəkurzadə adlı azərbaycanlı gənc və istedadlı tələbə bazar ertəsi səhər edam olunub. Hadisə elmi çevrələrə qarşı təzyiqlər, qeyri-şəffaf məhkəmə prosesi və təhlükəsizlik işlərində məcburi etiraflardan istifadə ilə bağlı yeni narahatlıqlara səbəb olub. Məlumata görə, 1376-cı ildə doğulan İrfan Şəkurzadə Təbriz Universitetinin elektrik mühəndisliyi fakültəsini fərqlənmə ilə …

Ətraflı oxu »

“Axios”un hesabatı: İran məsələsinə görə ABŞ və Çin arasında sanksiya qarşıdurması Tramp–Şi görüşü öncəsi dərinləşir

GADTB: Axios nəşrinin yaydığı məlumata görə, Donald Tramp və Şi Cinping arasında planlaşdırılan görüş ərəfəsində Vaşinqton və Pekin İran məsələsinə görə gizli sanksiya qarşıdurmasını gücləndirib. Məlumata əsasən, ABŞ hökuməti bir neçə Çin peyk şirkətini İranın Amerika qüvvələrinə qarşı hücumlarında istifadə olunduğu iddia edilən görüntü və məlumatları təqdim etməkdə ittiham edərək …

Ətraflı oxu »

Xark adası ətrafındakı suların çirklənməsi təsdiqləndi

GADTB: Xark adası ətrafındakı suların çirklənməsi ilə bağlı İran rəsmilərinin bir neçə təkzibindən sonra, İran Ətraf Mühitin Mühafizəsi Təşkilatı nəhayət çirklənmənin baş verdiyini təsdiqləyib. Qurumun yaydığı açıqlamaya görə, çirklənmənin səbəbi “bir neft tankerindən ballast suyunun sızması” olub. Ballast suyu böyük gəmilər və neft tankerlərinin tarazlığını və dayanıqlığını qorumaq üçün xüsusi …

Ətraflı oxu »