Çərşənbə axşamı , İyun 16 2026
azfa

Xəbərlər

Güney Azərbaycanda bir neçə bloqqer həbs olunub

GADTB: Ərdəbil şəhər prokurorunun müavini Mürtəza Tahirifərd dünən Ərdəbildə bir neçə bloqqerin saxlanıldığını bildirib. Onun sözlərinə görə, bloqqerlər “əxlaqsızlığı təbliğ etmək və əxlaqi məsələlərə riayət etməmək”də günahlandırılıblar. Prokuror müavini habelə deyib ki, şəhərdə qızlarla oğlanların bir yerdə olduğu və qeyri-sağlam ünsiyyət qurulduğu bir kafenin də fəaliyyətinə qadağa qoyulub. /Azad İran

Ətraflı oxu »

Livanda İran səfirinin gözü çıxıb, Tehrana aparılır

GADTB: Peycerin partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Amani bir gözünü itirib, digər gözü isə ciddi zədələnib. Bu barədə “Nyu York Tayms” məlumat yayıb. Sepah rəsmiləri nəşrə bildiriblər ki, Amaninin xəsarətləri ilkin məlumatda deyildiyindən daha ciddidir və o, müalicə üçün Tehrana aparılacaq. Qeyd olunur ki, Livandakı Hizbullah qruplaşmasının 1500-ə yaxın …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı milli fəalları qanunsuz təzyiqləri artırıb

GADTB: Son həftələrdə və Zəngəzzor dəhlizi ilə bağlı hadisələrlə eyni vaxtda İran molla rejimi Güney Azərbaycanda milli fəallara qarşı təzyiqləri artırıb. Ötən günlərdə Rəhman Azərmirad bir neçə dəfə dindirilmək və izahat almaq üçün təhlükəsizlik qüvvələrinə çağırılıb. O, belə çağırışların qeyri-qanuni olması səbəbindən ETTELAAT Nazirliyinə gəlməkdən imtina edib. Qeyd edək ki, …

Ətraflı oxu »

Türkiyə dünyanın ən böyük PUA-SPUA təchizatçısıdır

GADTB: Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA-SPUA (Pilotsuz Uçuş Aparatı-Silahlı Pilotsuz Uçuş Aparatı) təchizatçısı oldu. ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi SPUA-PUA-ların qlobal bazarını araşdıran bir hesabat yayımladı. Moli Kempıl (Molly Campbell) tərəfindən hazırlanan hesabatda bildirilir ki, Çin, Türkiyə və İranın aşağı maliyyətli hərbi …

Ətraflı oxu »

Rus alim rusların dahilərinin əksərinin türk olduğuna etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rusiyalı tarixçi, ictimai xadim Dmitri Çernışevski (Savromat) Yutub kanalında çıxışında deyib ki, Rusiyanın bütün aristokratiyası türkdür. “Rus çarı İvan Qroznının atası III Vasilinin ilk arvadı Solomoniya Saburova, Yelena Qlinskaya, İrina Qodunova, Marfa Praksina – hamısı türk əsillidirlər. Aleksey Mixayloviç Romanovun arvadı, I Pyotrun …

Ətraflı oxu »

Azərbaycan Tehrandakı səfirliyini geri çağıra bilər

GADTB: İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır ki uzanır. Xatırladaq ki, həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt …

Ətraflı oxu »

Rusiya Ermənistanı “Smerç” raketləri ilə doldurur

GADTB: Caliber.az sentyabrın 14-də “Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir” məqaləsində Rusiyanın Ermənistana silah tədarükünü bərpa etdiyini bildirib. Bu gün nəşr bu məlumatın növbəti təsdiqini alıb. Bildirilib ki, Moskva İrəvana böyük miqdarda “Smerç” reaktiv yaylım atəşi sistemi (YARS) üçün raketlərin göndərilməsinə başlayıb. Bu, təbii olaraq, Ermənistanın revanşist və təcavüzkar …

Ətraflı oxu »

Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır

GADTB: Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi Ermənistana ayrılır. Qərbdəki diplomatik mənbənin APA-ya verdiyi məlumata görə, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub. Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib. Məlumata görə, bu ilin yayından …

Ətraflı oxu »

İrəvanın Zəngəzur öhdəliyinə 4 ildir əməl etmir

GADTB: Azərbaycan daim bölgədə kommunikasiya xətlərinin açılmasında maraqlı tərəf olub. Üçtərəfli bəyanat çərçivəsində uzun müddət bu prosesin irəlilədilməsinə səy göstərilib. Ermənistan isə hansı açıqlamalar verməsindən asılı olmayaraq, öz üzərinə bu istiqamətdə müəyyən öhdəliklər götürüb. Bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib. O bildirib ki, üçtərəfli …

Ətraflı oxu »

Azərbaycanlı xanım jurnalist Təbrizdə polisi tərəfindən döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə şaxsey mərasimində baş verən qarşıdurmanı paylaşdığına görə hədələnən təbrizli xanım jurnalist Fatimə Qulipur Təbriz şəhər Polis İdarəsinin Təhlükəsizlik Şöbəsində zorakılıqla üzləşib. Məlumata görə, azərbaycanlı jurnalist “X” hesabında bununla bağlı yazıb: “Polis İdarəsində məruz qaldığım zorakılığı heç vaxt unutmayacağam, bu əməllərinə görə onların …

Ətraflı oxu »