Cümə axşamı , May 15 2025
azfa

Ermənilər Azərbaycanın işğal edə bilmədikləri şəhərlərinin də adını dəyişir

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az istinadən verdiyi məlumata görə, “Şərq” qəzetinə geniş açıqlamasında İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu deyib ki, hətta bəzi hallarda ermənilər Azərbaycanın işğal altında olmayan ərazilərinə belə erməni adları qoyublar. Azərbaycanın paytaxtı Bakının, Şəmkir şəhərinin və s. adının dəyişdirilməsinə cəhdlər olunub.

O bildirib ki, Quql-məpsdə (Google maps) Azərbaycan ərazilərinin erməni adları ilə verilməsi Quql şirkətinin işi deyil:

”Şirkət o bölgədə yaşayan insanlara imkan yaradır ki, texniki imkanlarla ərazilərə ad versinlər. Bunu internet istifadəçiləri, Quql-məpsdə qeydiyyatdan keçən şəxslər edə bilər. Ermənilər bu platformada aktiv iştirak etdikləri üçün informasiya müharibəsində irəliləyiş əldə edirlər. Təəssüf ki, biz bu təxribatlara cavab verə bilmirik. Bununla bağlı beynəlxalq hüquq sistemində addım atmaq əvəzinə, internet istifadəçilərinin potensialından yararlanmaq olar. Sözügedən tətbiqdə qeydiyyatdan keçməklə erməni mənşəli adları Azərbaycan adları ilə əvəz edə bilərik”.

 

Həmçinin yoxlayın

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …

Bir cavab yazın