Güney Azərbaycanda “Binab kababı” qlobal qeydiyyatdan keçiriləcək

GADTB: Şərqi Azərbaycan vilayətinin Mədəni İrs, Turizm və Əl Sənayesi Baş İdarəsinin rəhbəri Əhməd Həmzəzadə Binab kababının qlobal qeydiyyatı üçün sənədlərin hazırlandığı və müvafiq prosesin icra mərhələsinə daxil olduğunu açıqlayıb.

Əhməd Həmzəzadə Binab rayonunun icraçı rəhbərləri ilə görüşdə bildirib ki, Binab kababının qlobal qeydiyyatı vilayətin turizm brendinin gücləndirilməsi üçün dəyərli fürsətdir.

Həmzəzadənin sözlərinə görə, bu təşəbbüs Binabın və Şərqi Azərbaycanın turizm potensialının daha geniş şəkildə tanıdılmasında mühüm rol oynaya bilər.

Həmzəzadə qeyd edib ki, Şərqi Azərbaycan valisinin xüsusi səyləri və Mədəni İrs, Turizm və Əl Sənətləri Nazirinin göstərişi ilə dosyenin hazırlanması prosesi icra mərhələsinə keçib. Bu çərçivədə qlobal qeydiyyat dosyelərinə cavabdeh olan milli məsləhətçi ilə müqavilə imzalanıb.

Onun sözlərinə görə, Binab kababı daha əvvəl İranın milli irs siyahısında qeydiyyata alınıb və bu yemək növü hazırda qlobal qeydiyyat üçün nəzərdən keçirilən ölkənin 70 yeməyi sırasında yer alır.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …