Çərşənbə , Avqust 12 2026
azfa

Heyran gədiyini Azərbaycandan ayırmaq məqsədilə Gilan rəsmiləri hərəkətə keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Heyran gədiyini Azərbaycandan ayıraraq, Gilan vilayətinə birləşdirmək üçün ciddi hərəkətə keçib. Artıq Heyran gədiyində Gilan vilayətinin rəsmiləri tərəfindən tablolar da quraşdırılıb.

Yerli əhalinin verdiyi məlumata görə, Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan vilayəti rəsmiləri tərəfindən quraşdırılan lövhələr “Heyran gədiyi”ni Gilan vilayətinin ərazisi kimi göstərir. Lövhələrin üzərində “Astara heyranı”, “Gilan Əyaləti Xeyriyyə İşləri və Vəqflər İdarəsi” və “Astara Şəhəri Xeyriyyə İşləri və Vəqflər İdarəsi” kimi sözlər yazılıb.

İrqçi fars rejiminin Azərbaycanı parçalama siyasətinin icraçısı rolunda çıxış edən Gilan vilayəti rəsmiləri, o cümlədən Astara qubernatoru hətta Ərdəbil vilayətində yerləşən Nəmində də belə tabloları asacaqlarını qeyd edib.

Azərbaycanlı fəallar isə buna etiraz olaraq tabloları dağıtmağa çalışıblar.

Qeyd edək ki, irqçi fars rejimi zaman-zaman Azərbaycanı parçalayaraq, müəyyən əraziləri başqa vilayətlərə birləşdirib. Gilan vilayətinin böyük əksəriyyəti də Azərbaycan ərazisidir və Azərbaycandan ayrılaraq Gilana birləşdirib. İndi isə Heyran gədiyinin də Azərbaycan ayrılaraq Gilana birləşdirlməsi prosesi davam edir.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın