Şənbə , İyun 27 2026
azfa

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən axşamdan etibarən bir qrup Çin gəmisinin Hörmüz boğazından keçməsinə icazə verib.

Bundan bir neçə saat sonra İran Dövlət Televiziyası və Radiosu açıqlayıb ki, “30-dan çox gəmi” bu su yolundan keçmək icazəsi alıb. Lakin onların hamısının Çin gəmisi olub-olmadığı barədə məlumat verilməyib.

Fars Xəbər Agentliyi və Tasnim Xəbər Agentliyi məlumatlı mənbələrə istinadən yazıblar ki, “İran İslam Respublikasının qərarı ilə” bəzi Çin gəmilərinin Hörmüz boğazından keçməsinə “İranın boğaza nəzarət protokoluna riayət edilmək şərti ilə” şərait yaradılıb.

Bu hadisə Donald Trampın Çinə səfəri ilə eyni vaxta təsadüf edib.

Ağ Ev bildirib ki, Vaşinqton və Pekin enerji axınının sərbəst davam etməsi üçün Hörmüz boğazının açıq qalması barədə razılığa gəliblər. Çin prezidenti isə Pekinin bu su yolunun “hərbiləşdirilməsi”nə və ondan istifadə üçün rüsum alınmasına qarşı olduğunu açıqlayıb.

İran ötən ilin 9 esfənd tarixində ABŞ və İsrailin hücumları başlayandan sonra Hörmüz boğazını bağlayıb. ABŞ isə atəşkəsdən sonra İrana qarşı dəniz mühasirəsi tətbiq edib.

Hörmüz boğazı bu müharibədən əvvəl dünya bazarlarına çatdırılan neft və mayeləşdirilmiş qazın təxminən beşdə birinin keçdiyi əsas marşrutlardan biri hesab olunurdu.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …