İran mollaları koronavirusa dərman tapdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran mollaları koronavirusla mübarizə məqsədilə hərəkət və təmasların məhdudlaşdırıldığı dövrdə imamların hərəmlərinə sürtdükləri parçaları gəzdirməklə koronavirusa yoluxmuş xəstələnənlərə şəfa verdiklərini iddia edirlər.

Cəhalət və xürafat carçıları olan mollalar koronavirusa yoluxmuş xəstələrə həmin parçaları ziyarət etdirdikləri üçün həmin parçaları da koronavirusa bulaşdırıb başqa küçələri gəzdirir və başqa xəstəxanalara gedirlər. Beləliklə, həmin mollalar koronavirusu cəmiyyətdə daha geniş şəkildə yayırlar.

Fars mollaları Güney Azərbaycanın müxtəlif şəhərlərinə, o cümlədən Zəncan şəhərinin də xəstəxanalarına gəlib və koronavirusun yayılmasına şərait yaradırlar. Koronavirusla mübarizdə hərəkət və sıxlığına yaradılmasına məhdudiyyətlərə baxmayaraq rejim bu şarlatan və cinayətkar mollaların qarşısını almır və cəmiyyəti bədbəxtliyə sürükləyir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …

Bir cavab yazın