Şənbə , İyun 27 2026
azfa

İrana qarşı hərbi əməliyyatlardan sonra Çinlə ticarət ikinci ay ardıcıl kəskin azalıb

GADTB: Çin gömrük statistikasına əsasən, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının başlamasından sonra İran ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsi 70 faiz azalıb.

Çin gömrüyünün açıqladığı məlumatlara görə, mart və aprel aylarında İranla aylıq orta ticarət həcmi təxminən 200 milyon dollar olub. Halbuki yanvar və fevral aylarında bu göstərici 700 milyon dollar səviyyəsində idi.

Məlumatda qeyd olunur ki, Çin gömrüyü uzun illərdir İrandan alınan neftlə bağlı statistik göstəriciləri ümumi ticarət məlumatlarına daxil etmir. Bununla belə, “Kpler” şirkətinin məlumatlarına əsasən, ötən ay Çin neft emalı zavodlarının İrandan gündəlik neft idxalı 1,16 milyon barel təşkil edib ki, bu da əvvəlki aylarla müqayisədə təxminən 30 faiz azdır.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …