Bazar ertəsi , İyun 17 2024
azfa

İrandan Azərbaycana qarşı qərəzli yazılar davam edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Azərbaycana qarşı qərəzli mövqe ortaya atan və onu “Bakı hökuməti” adlandıran İranın “bartarinha” saytı yazır:

“Bakı hökumətinin” prezidenti Ermənistanın baş naziri ilə məsləhətləşmələrdən sonra Rusiya və İrandan mesaj almadığını bildirib. Bu arada yaxın günlərdə Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Bu məsələ İranın Bakıdakı səfiri ilə Azərbaycan baş nazirinin müavininin birgə görüşündə müzakirə olunub.

Bir müddət öncə isə “Bakı hökumətinin” başçısı İranın yüksək səviyyəli nümayəndə heyəti ilə görüşdə İran şirkətlərinin Qarabağın bərpasında iştirak etməsində maraqlı olduqlarını açıqlamışdı. Eyni zamanda bəzi ekspertlər hesab edir ki, Qafqazda baş verən hadisələrin kökündə başqa ölkələrin bu regiondakı fəallaşması dayanır və “Bakı hakimiyyəti” Qarabağdakı maraqlarından rahatlıqla yararlana bilmir.

Bununla bağlı, “Bartarinha” saytı Qafqaz üzrə iranlı ekspert Mirqasım Möminidən müsahibə alıb:

Sual: Qafqazda balanslaşdırılmış siyasət və situasiyanı necə yaratmaq olar?

– Bu gün Qafqazda vəziyyət o həddə çatıb ki, demək olar ki, bütün tərəflər bu regiondan öz maraqları üçün istifadə edirlər, lakin İran hələ də burada xüsusi rol oynaya bilməyib. İran Qafqazda mövcud olan bütün tərəflərlə ümumi sərhədi paylaşmasına baxmayaraq, Qafqazın təhlükəsizlik konyukturasında yer tuta bilməyib. Bu bölgənin tarixi İran tarixi ilə bağlıdır və əgər buranın 200 il əvvəlki tarixini öyrənmək istəyiriksə, İrandan müstəqil olmayıb və İranın tarixi öyrənilməlidir.

Buna baxmayaraq, İranın Qafqazda yaxşı xarici siyasəti olmayıb və biz bu regionda fəal ola bilməmişik. Qafqazda ilk və son sözü İran deməli idi, amma bu gün orada başqa dövlətlər rol oynayır. Bu problemin kökündə İranın heç vaxt heç bir dövlətlə birgə əməkdaşlığa getməməsi və hətta onlarla birgə hərbi təlim keçirməməsi dayanır. Bu gün bu regionda olmayan Pakistanın “Bakı hökuməti” ilə daha çox əməkdaşlığı var, lakin İran hələ də addım atmayıb.

Unutmaq olmaz ki, Rusiya bu bölgədə əsas oyunçudur və hər an Qarabağı ikinci bir Krıma çevirə bilər. Qarabağ bölgəsi üzərindən İran və bütün Cənubi Qafqaz nəzarətə alına bilər və bu səbəbdən Rusiya bu region üçün planlar qurub və gələcəkdə bu bölgəni öz ərazisinə birləşdirə bilər. Rusiyanın Qarabağla bağlı planları var və ona görə də bu gün buranın sakinlərinə Rusiya pasportu verir. Bu təhlükəli məsələdir və ciddi qəbul edilməlidir. Bu baş verərsə, Rusiyanın İranla quru sərhədi də olacaq və Rusiyanın Qafqazda təsir dairəsi artacaq.

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …