Şənbə , İyun 27 2026
azfa

İrqçi fars rejimi hər vasitə ilə türk topnimlərini təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Azərbaycan türk millətinin kimliyini dəyişmək və təhrif etmək məqsədiilə hər bir vasitədən istifadə edir. Rejim hətta hərflərin yerini dəyişməklə də Güney Azərbaycanda türk topnimlərini təhrif edir.

Bu yaxınlarda isə irqçi fars rejim Güney Azərbaycanın toponimlərini dəyişdirmə istiqamətində Güney Azərbaycanın Sayınqala şəhərinə bağlı olan Qaraqoyunlu kəndinin adını kəndində girəcəyindəki tabloda hərfləri dəyişməklə Qaraqunilu şəkilində yazmışdır. İrqçi fars rejimi beləliklə türk mənşəli toponimləri eybəcər hala salaraq, farslaşdırmağa çalışır.

Əldə etdiyimiz məlumata görə azərbaycanlı fəallardan biri Qaraqoyunlu kəndinin adının düzgün formada yazılışı ilə bağlı səlahiyyətli orqanlara müraciət edib. Həmin fəala kəndin adının yanlış yazıldığı və yaxın gələcəkdə düzəliş ediləcəyi bildirilib.

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …

Bir cavab yazın