Bazar ertəsi , İyun 29 2026
azfa

İrqçi fars rejimi Heyran gədiyini Güney Azərbaycandan ayırmağa zəmin yaradır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Ərdəbil vilayətində yerləşən Heyran gədiyini Gilan vilayətinə ilhaq etmək məqsədilə geniş şəkildə bu bölgənin adını təhrif edib. Rejimin müxtəlif saytları bu məqsədlə Heyran gədiyi ilə bağlı xəbərləri Gilan və Astara şəhəri ilə bağlı xəbərlərdə əks etdirir. Hətta Ərdəbil vilayətinin Heyran gədiyini Gilan və Astaranın Heyran gədiyi kimi təqdim edir.

Məlumata görə Antıazərbaycan mövqeyə malik olam rejimin “Şərq” qəzeti bir neçə ay öncədən davamlı şəkildə Heyran gədiyini Gilan ərazisi kimi göstərib.

Qeyd edək ki, irqçi fars rejimi Gilan vilayətinin şimal şəhərləri, o cümlədən Astara, Rizvanşəhr, Həşpər və Ənzəlini Azərbaycandan ayıraraq Gilan vilayətinə birləşdirib. İndi isə Heyran gədiyini Ərdəbil vilayətindən ayırmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam …

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …

Bir cavab yazın