Bazar ertəsi , İyul 27 2026
azfa

İrqçi fars rejimi məqsədli şəkildə Təbriz şəhərinin adını təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi məqsədli şəkildə Güney Azərbaycanın mərkəzi Təbriz şəhərinin adını təhrif edərək, bu adı kürdləşdirməyə çalışır. Rejim bu istiqamətdə saxta “Tavrij” adını yaymaqdadır.

Məlumata görə, əksər işçiləri farslar və kürdlərdən ibarət olan “İran sazə” inşaat şirkəti Təbrizin Vəliəsr məntəqəsində tikdiyi 33 mərtəbəli yaşayış kompleksinə “Tavrij bağ qülləsi” lövhəsi quraşdırıb.

İrqçi fars rejiminin bu iyrənc əməli isə haqlı olaraq azərbaycanlı fəalların etirazı ilə qarşılaşıb və bundan sonra “İran sazə” şirkət rəhbərliyi lövhənin dəyişdiriləcəyini açıqlayıb. Lakin hələlik onlar verdiyi vədə əməl etməyiblər.

Qeyd edək ki, Təbriz və Güney Azərbaycanın mxtəlif bölgələrində müxtəlif inşaat layihələri illərlə yarımçıq qaldığı halda, “Tavrij bağ qülləsi” lahiyəsində 1 ay ərzində çoxlu işlər görülüb. Rejim məqsədli şəkildə antitürk siyasətini davam etdirir.

Həmçinin yoxlayın

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı …

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, …

Bir cavab yazın