İrqçi fars rejimin Polis İdarəsinin kəşfiyyat bölməsi azərbaycanlı fəalı hədəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Polis İdarəsinin kəşfiyyat bölməsi Ərdəbildə azərbaycanlı milli-mədəni fəal və şair Mehdi Hamid Soltanini dindirilərək təhdid edilib.

Yanvarın 11-də azərbaycanlı fəal Mehdi Hamid Soltanini mağazasının “lisenziya problemi” bəhanəsi ilə Əmakin deyinlən İctimai Məkanlara Nəzarət İdarəsinə çağırılıb. O idarəyə müraciət etdikdən sonra otaqların birinə aparılıb və orada Polis İdarəsinin kəşfiyyat məmurları tərəfindən sorğu-suala tutulub.

Rejimin məmurlarının Mehdi Hamid Soltaniyə mədəni fəaliyyəti və yazdığı şüarlar barədə suallar verdiyi söylənilir. 2 saat sorğu-sualdan sonra azərbaycanlı şair mədəni fəaliyyətləri ilə əlaqədar təhdid edilib.

Qeyd edək ki, son vaxtlar rejim azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Çox sayda azərbaycanlı fəal heç bir səbəb olmadan yaxalanıb.

Həmçinin yoxlayın

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam …

Azərbaycanlı fəal Cəlal Derogər bir neçə saatlıq dindirilmədən sonra sərbəst buraxılıb

GADTB: Azərbaycanlı fəal Cəlal Derogər, şənbə günü, 6 tir tarixində Əhər şəhərində işlədiyi yerdə molla …

Bir cavab yazın