Komandoslar Afrinə girdi: türkiyə ordusu 2222 kürd terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO-nun Suriyada keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə qədər məhv etdiyi terrorçuların sayı 2222-yə yüksəlib.

Bu arada isə Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyaya göndərilən jandarma və polis xüsusi təyinatlı dəstələri əməliyyatlara qoşulub.

Jandarma və polis xüsusi təyinatlıları Afrində azad edilən ərazidə evlərin axtarışı, partladıcı və tələlərin aşkar edilərək zərərsizləşdirilməsi kimi tapşırıqları icra edib.

Azad edilən bütün kəndlərdə axtarış əməliyyatlarına davam edən xüsusi təyinatlılar həmçinin terror qruplaşmasının gecə saatlarında qəfil hücum təhlükəsini də nəzərə alaraq, 24 saat bölgədə keşik çəkir. Jandarma və polis xüsusi təyinatlılarının əməliyyata qoşulması ilə türk ordusunun Afrində irəliləmə sürətinin artacağı bildirilib.

Qeyd edək ki, türk ordusu və ASO-nun birgə keçirdiyi “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın