Şənbə , İyun 27 2026
azfa

Molla rejimi ABŞ-nin danışıqları bərpa etməsi üçün 5 şərt irəli sürüb

GADTB: İranın Fars xəbər agentliyi xəbər verir ki, İran bir sıra ilkin şərtləri yerinə yetirmədən ABŞ ilə danışıqlara qayıtmaq niyyətində deyil.

 Agentliyin məlumatına görə, Tehran Vaşinqtona yeni danışıqlar mərhələsi üçün “minimum etimad zəmanəti” kimi təsvir edilən beş əsas tələb təqdim edib.

Bunlara “bütün cəbhələrdə, xüsusən də Livanda” hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi, müharibənin vurduğu zərərin ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.

Mənbə habelə bildirib ki, İran Ərəbistan dənizində və Oman körfəzində davam edən dəniz blokadasından narahatlığını ifadə edib və bunu ABŞ ilə dialoqda etimadı sarsıdan amil hesab edib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …