Şənbə , İyun 27 2026
azfa

Molla rejimi ölmüş Xameneyinin hesabından post paylaşırr: “Zülm və azğınlıq adası…”

GADTB: İranın keçmiş rəhbəri Əli Xameneyinin “X” hesabında diqqət çəkən paylaşım edilib.

Paylaşımda “Zülm və azğınlıq adası” ifadəsi işlədilib və daha sonra belə yazılıb: “Onlar azğınğınlıq üçün bir ada yaradıblar. Bu, zarafatdırmı? Azğınlıq, əməllərdə fəsad, zülm, zor tətbiqi, məcburiyyət, müdaxilə və əllərinə keçən hər şeyi qapmağa çalışmaq”.

Paylaşımda mətnlə yanaşı, simvolik təsvir də yer alıb. Görüntüdə okean üzərində qovluq və sənədlərə bənzər ada formasında bir təsvir göstərilir. Adanın üzərində isə ABŞ qırıcılarının yerləşdirildiyi görünür.

Bu vizual təsvir böyük ehtimalla qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn və onunla bağlı araşdırmalarla əlaqələndirilir. Paylaşımın məzmununun Epşteyn işi və onun məşhur “Epşteyn adası” ilə bağlı eyham xarakteri daşıdığı ehtimal edilir./ Azad İran

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …