Çərşənbə axşamı , Avqust 11 2026
azfa

Qürvənin azərbaycanlı türkləri Sarı Güney Qızıl Mədəninin rejim tərəfindən talanmasına etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata gör, İran adlanan ölkə tərəfindən Kürdüstan vilayətinə verilən Güney Azərbaycanın Qürvə məntəqəsində Baharlı kəndinin sakinləri buradakı Sarı Güney Qızıl Mədəninin İran tərəfindən talanmasına etiraz ediblər.

Azərbaycanlı əhali dövlətin müstəmləkəçi siyasətinə etiraz edərək, mədəndən gələn mənfəətin 4 faizinin kəndə ayrılmasını, mədəndə işlər nəticəsində ətraf mühiti çirkləndirmə hallarının ortadan qaldırılmasını. sağlam su mənbəsi ilə kəndin təmin edilməsini tələb ediblər.

Qeyd edək ki, Sarı Güney kimi məşhur olan Qürvənin Daşkəsən qızıl mədəni bir neçə il bundan öncə Azərbaycanın tarixi ərazisi olan Həmədan vilayətinin Kövrəng məntəqəsindən qopardılaraq Kürdüstan vilayətinə birləşdirilib. Qürvə və Bicar məntəqələri də tarixi Azərbaycan əraziləridir və İran adlanan ölkə tərəfindən müxtəlif zamanlarda kürdüstan vilayətinə qatılıb.

etirazdan video:

 

Həmçinin yoxlayın

İraqda terrorçuları tərksilah planı SEPAH-ı hərəkətə keçirib

GADTB: İranın terrorçu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı İsmayıl Qaani Bağdada səfər …

Tramp: İran ABŞ əsgərlərinin və öz xalqının öldürülməsinə görə təzminat ödəməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ …

Bir cavab yazın