GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbsə məhkum etdiyi azərbaycanlı öyrənci fəalı Pərisa Rəfiini 1 illik həbs cəzasını çəkmək üçün Evin zindanına saldı. İrqçi fars rejim koronavirusun geniş yayılmasına baxmayaraq azərbaycanlı fəalı iyulun 7-də Tehranın Evin həbsxanasına köçürülüb.
Qeyd edək ki, bundan əvvəl rejim azərbaycanlı fəalı şərləyərək, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq”, “Sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq 7 il həbs cəzası, eləcə də 74 şallaq zərbəsinə məhkum etmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdir. Sonralar isə fəal barəsində çıxarılan həbs qərarları bir il həbs ilə əvəz edilib.
Güney Azərbaycanın Zəncan bölgəsindən olan öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə terrorçu Sepahın təhlükəsizlik bölməsinin məmurları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu bölməsinə aparılmışdı. Fəal, 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.