Çərşənbə axşamı , İyul 28 2026
azfa

Rejim həbs etdiyi azərbaycanlı idmançını vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə (Kərim Boksor) 37 gün saxlanıldıqdan sonra zaminə buraxıb.

Qeyd edək ki, son aylarda rejim azərbaycanlı fəalı dəfələrlə həbs etmişdir. Sonuncu dəfə azərbaycanlı milli fəal aprel 27-də Təbriz şəhərində yaxalanmışdı.

Rejimin təhlükəsizlik orqanları milli fəalı və ailəsini psixoloji təzyiq altında saxlamaq məqsədilə İsmayılzadənin evinə hücum edərək onun şəxsi avtomobilini müsadirə etmişlər. Hücum zamanı polis məmurlarının kobud davranışı nəticəsində milli fəalın kiçik qızı Tamayın ruhi cəhətdən şok yaşadığı bildirilirdi.

Azərbaycanlı fəal fevralın son günlərində də irqçi fars rejimin Azərbaycanın böyük bir hissəsini kürdləşdirmək məqsədilə Qərbi Azərbaycana təyin etdiyi kürd vali Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında şərlənərək ictimai rəyi təhriketmə ittihamı ilə ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanmış və bir neçə gün sonra zaminə buraxılmışdır.

Rejimin azərbaycanlı fəalı yaxalamasının əsas məqsədi onun Azərbaycan türk millətinin hüquqlarını müdafiə etməsinə mane olmaqdır. O son günlərdə yoxsul ailələrə ərzaq yardımı paylamışdır. Bu da rejimin qəzəbinə səbəb olmuşdu.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …

Bir cavab yazın