Sayın Əjdər bəy Tağızadə və Arif bəy Hacılının “Azərbaycan Səsi”ndə “Azərbaycan Cümhuriyyəti və milli azadlıq ideologiyası” mövzusunda çıxışları -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Müsavat Partiyasının Məclis başqanı Arif bəy Hacılı “Azərbaycan Cümhuriyyəti və milli azadlıq ideologiyası” mövzusunda çıxış ediblər.

Sayın Əjdər bəy Tağızadə və Arif bəy Hacılı həmin proqramda çıxışında 1918-ci ildə Azərbaycan türkünün Şərqdə ilk olaraq parlamentli demokratik cümhuriyyəti qurması, Azərbaycan türkünün çətin şəraitə baxmayaraq Azərbaycanın müstəqilliyinin əsasını qoymaları, müstəqil Azərbaycanın Azərbaycan Demokratik Cümhuriyyətin varisi olması, Azərbaycan Demokratik Cümhuriyyətinin pluralist və demokratik dövlət olması və s. məsələlərdən bəhs etmişlər.

Sayın Əjdər bəy və Arif bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …