Şənbə , İyun 27 2026
azfa

Tehran etirazlarında rejimin qüvvələrinin döyüş gülləsi ilə açdığı atəş nəticəsində türkmən tələbə Məhin Mərhəməti öldürüb

GADTB: Hüquq-müdafiə mənbələrinin verdiyi məlumata görə, gənc türkmən tələbə Məhin Mərhəməti 1404-cü il 18 dey tarixində Tehran şəhərində baş verən kütləvi etirazlar zamanı İran İslam Respublikası təhlükəsizlik qüvvələrinin birbaşa döyüş gülləsi ilə açdığı atəş nəticəsində həyatını itirib.

Ailəyə yaxın mənbələr bildirir ki, Məhin Mərhəmətinin öldürülməsindən sonra onun nəşi qeyri-adi və ciddi təhlükəsizlik şəraiti altında, şəffaf və qanuni prosedurlar gözlənilmədən, cəsədin üzərinə buz qoyulmaqla təxminən 800 kilometr məsafəyə daşınaraq ailəsinin doğma yurdu olan Şimali Xorasan vilayətinin Xərtut kəndində dəfn edilib.

Nəşin bu şəkildə daşınması sübutların gizlədilməsi ehtimalı, ailəyə göstərilən təhlükəsizlik təzyiqləri və mərhumun insan ləyaqətinin pozulması ilə bağlı ciddi narahatlıqlar doğurur.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …