Çərşənbə axşamı , İyun 17 2025
azfa

Yerli rəsmidən Güney Azərbaycanın geri saxlanılmasına etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın, o cümlədən Şəriq Azərbaycan vilayətiinin rejimin müstəmləkə siyasəti nəticəsində geri saxlandığı artıq danılmaz məsələ kimi ortadadır. Ona görə də bəzən rejimin rəsmiləri də buna etiraf edirlər.

Şərqi Azərbaycan vilayətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudi bu məsələyə etiraf edərək deyib: “Ümumilikdə son illərdə vilayət üzrə tendensiyalar qənaətbəxş deyil və bu da düşündürücüdür”.

Behbudi vilayətin makroiqtisadi göstəricilərinə toxunaraq deyib: “Vilayətin ÜDM-dəki payı 2000-ci ildə 4.8 faizdən 2005-ci ildə 3.73 faizədək düşərək, azalma tendensiyası müşahidə edilib ki bu da qismən ölkənin makroiqtisadi vəziyyətindən qaynaqlanır”.

O həmçinin edib: “Adambaşına düşən ÜDM 2000-ci ildə 89,7 faizdən 2015-cü ildə 76.05 faizə düşüb; bununla da ümumilikdə vilayət üzrə iqtisadi tendensiyalar qənaətbəxş deyil və bu da düşündürücüdür”.

Behbudi 2016-cı ildə vilayətdə 10,5 faiz işsizlik səviyyəsinə toxunaraq deyib: “Vilayət üzrə işsizlik səviyyəsi, daha çox iş imkanlarına görə deyil, immiqrasiya problemləri ilə əlaqədar ölkə səviyyəsindən aşağı səviyyədədir”.

Həmçinin yoxlayın

Azərbaycanın İsraildən Güney Azərbaycanda yaşayış məskənlərini hədəf almamağı istədiyi bildirilir

GADTB: İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük …

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri təlimə keçirir

GADTB: Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın “Xəzər küləyi – 2025” birgə hərbi təlimləri başlayıb. …

Bir cavab yazın