Şənbə , İyun 13 2026
azfa

Yol qəzasında həlak olan Təbrizdəki Azərbaycan konsulunun cənazəsi Azərbaycana gətirilib

GADTB: Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bu barədə açıqlama verib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.

O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib.

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov mayın 23-də xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında avtomobil qəzasında ölüb.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …