Şənbə , İyun 27 2026
azfa

Zəfər və Bayraq günü münasibətilə Güney Azərbaycanın müxtəlif şəhərlərdə Azərbaycan bayrağı dalğalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Zəfər və Bayraq günü münasibətilə Güney Azərbaycanın müxtəlif şəhərlərdə azərbaycanlı fəallar Azərbaycan bayrağını dalğalandırdılar

Azərbaycanlı fəallar Qarabağın erməni işğalından azad olmasının ildönümündə Güney Azərbaycanın Təbriz, Zəngan, Urmiya və s. şəhərlərində müqəddəs Azərbaycan bayrağını dalğalandırıblar.

Həmçinin Zənganlı cütlük Qarabağın işğaldan azad edilməsinin birinci ildönümündə toy mərasimlərini keçiriblər. Zənganlı cütlüyün toy avtomobili Azərbaycanın dövlət bayrağı ilə bəzədilib.

Eyni zamanda Urmiya, Sulduz və s. Azərbaycan şəhərlərində müxtəlif tədbirlərlə azərbaycanlı fəallar Zəfər Gününü qeyd ediblər.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …