Şənbə , İyun 27 2026
azfa

Əraqçı: İranın zənginləşdirilmiş uranı dağıntılar altındadır, amma onu çıxarmaq mümkündür”

GADTB: İranın xarici işlər naziri Abbas Əraqçı CBS News-a  müsahibəsində bildirib ki, İslam Respublikasının zənginləşdirilmiş uran ehtiyatları hazırda ABŞ-nin zərbə endirdiyi nüvə obyektinin dağıntıları altında basdırılıb.

 O, əlavə edib ki, onlar AEBA-nın nəzarəti altında çıxarıla bilər.

“Bildiyiniz kimi, nüvə obyektlərimizə hücum edilib və hamısı dağıntılar altındadır. Əlbəttə ki, onları geri qaytarmağın bir yolu var, amma yalnız agentliyin nəzarəti altında. Əgər nə vaxtsa bunu etmək qərarına gəlsək, bu, agentliyin nəzarəti altında ediləcək. Amma hələlik bizim  proqramımız yoxdur. Onları dağıntılar altından çıxarmaq planımız yoxdur”, – deyə Əraqçı qeyd edib.

O, eləcə də bildirib ki, İran ABŞ ilə danışıqlara başlamaq üçün heç bir səbəb görmür;”Tehran bunu tələb etməyib. Xeyr, biz heç vaxt atəşkəs istəməmişik, hətta danışıqlar da istəməmişik. Biz müdafiəyə hazırıq”./ Azad İran

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …