Cümə , İyun 26 2026
azfa

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb.

Bu barədə “Iran International” öz mənbəsinə istinadən məlumat yayıb.

Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə, Tehran İrəvanı kamikadze pilotsuz təyyarələri ilə təchiz edir.

Bildirilib ki, sözügedən razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb.

“Iran International” İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Buraya Şahed 136, Şahed 129, Şahed 197, Mohajer kimi pilotsuz təyyarələr və 3-cü Xordad, Məcid, 15-ci Xordad və Arman kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.

Eyni zamanda İranın Ermənistanda hərbi baza açması məsələsinin də müqavilədə mövcud olduğu ehtimal edilir.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …