Bazar ertəsi , May 6 2024
azfa

Sidneydə erməni terrorunun qurbanı olmuş diplomatlar yad edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 17-də Avstaraliyanın paytaxtı Sidneydə erməni terrorunun qurbanı olmuş mərhum Türkiyə konsulu Şarık Arıyak və attaşe Engin Severin anım mərasimi keçirilib.

Qeyd edək ki, türk diplomatları 1980-ci ilin 17 dekabrında erməni ASALA terror təşkilatı tərəfindən şəhid ediliblər.

Avstraliyada yaşayan azərbaycanlı mühacir, diaspora fəalı, Avstraliya Azərbaycan Assosiasiyasının nümayəndəsi  Mikayıl Oytanın cebhe.info-ya verdiyi məlumata görə,  tədbir Türkiyənin Sidneydəki baş konsulu Melih Karalal tərəfindən təşkil olunub. Mərasimdə Türkiyə və Azərbaycan diasporalarının fəalları iştirak edib.

Qeyd edək ki, sayın Mikayıl Oyta həmçinin GADTB-nin xarici əlaqələr departamentinin sədridir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın