Təbrizdə azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azalıq tələbi ilə aksiya keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı fəallar rejimin Tehranda həbs etdiyi azərbaycanlı siyasi məhbus və ana dili uğrunda mübarizə aparan Əlirza Fərşiyə azadlıq tələbilə aksiya keçirilərb.

Fəallar Təbrizin bir sıra yerlərində Əlirza Fərşinin şəkli olan banerlər asıb və bu yolla Tehran rejiminin mədəni fəala qarşı təzyiq və həbs cəzasına etirazlarını bildiriblər.

Şəhərin müxtəlif yerlərindən asılan banerlərdə əks olunmuş Fərşinin fotosu üzərində “Azadlıq”, “Əlirza Fərşi”, “İnsan azadlığa məhkumdur”, “Ver əlini əlimə, uçmağından qovulmuş həsrətində yanıram- 43 ildir uzaqda qara yerdə yatıram” məzmunlu şüarlar yazılıb.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …