Təqaüdçülər Təbriz və başqa şəhərlərdə etiraz aksiyası keçiriblər -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən yanvarın 23-də Təbrizdə və digər şəhərlərdə bir qrup təqaüdçü etiraz aksiyası keçirib.

Təqaüdçülər son günlərdə ikinci dəfə olaraq Güney Azərbaycan şəhərlərində etiraz aksiyası keçiriblər. Təbrizdə təqaüdçülər Sosial Təminat İdarəsinin qarşısına toplaşıblar.

Etiraz aksiyası İranda Təqüdçülər Birliyinin iki gün öncə yaydığı çağırış əsasında baş tutub.

Təqaüdçülər “Haqqımızı almayınca susmayacağıq” və “Ləyaqətsiz məsul, istefa-istefa” şüarları səsləndiriblər.

Etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına, sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməməsinə etiraz ediblər.

Təbrizlə yanaşı Tehran və başqa şəhərlərdə də etiraz aksiyası keçirilib.

Həmçinin yoxlayın

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …