Şənbə , İyun 27 2026
azfa

Afrind döyüşən ABŞ terrorçusundan türk ordusunun gücü barədə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Zeytun budağı” əməliyyatından əvvəl Türkiyəni təhdid edən əcnəbi terrorçuların bir çoxu məhv edilib, qalanları isə qaçıb.

Məlumata görə, Türkiyə ordusunun Afrinə son zərbəsindən sonra terrorçular ABŞ-ın verdiyi silahları da ataraq şəhəri tərk ediblər. PKK tərəfindən döyüşən əcnəbi terrorçular türk hərbçilərinin şücaətindən şoka düşüblər. Amerikalı terrorçu Tolhildan Civan adlı terrorçu bunları deyib:

“Türk döyüş təyyarələri ardıcıl olaraq bomba yağdırırdı. Rusiya, ABŞ, NATO və AB bunları görsələr də, qarşısını almadılar. Türkiyəni heç kim dayandıra bilmədi”.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı başlayandan bu günə qədər 3733 terrorçu məhv edilib. Onların arasında xeyli əcnəbi terrorçunun da olduğu bildirilib.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …

Bir cavab yazın