Şənbə , İyun 6 2026
azfa

Avropa Birliyi ölkələri SEPAH-ı terror təşkilatı kimi tanımağa razılaşdı

GADTB: Yelisey Sarayına yaxın bir mənbə bildirib ki, Fransa İnqilab Keşikçiləri Korpusunun Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyir.

Bu mövqe İranda etirazların zorakılıqla yatırılmasından sonra İslam Respublikasına qarşı siyasi və diplomatik təzyiqlərin artması ilə əlaqədardır.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas əvvəllər Aİ-nin etirazçılara qarşı zorakılıq tətbiqinə cavab olaraq İrana qarşı yeni sanksiyalar paketi hazırladığını açıqlamışdı.

Onun sözlərinə görə, bu sanksiyalar Tehranın etiraz edən vətəndaşlara qarşı hərəkətlərinə cavab vermək üçün nəzərdə tutulub.

Artıq Fransanın bu qərarı ilə Avropa Birliyi ölkələri SEPAH-ı terror təşkilatı kimi tanımağa razılaşdı.

Həmçinin yoxlayın

Türkiyənin yeni raketi İsraili qorxuya salıb

GADTB: Türkiyənin İHA-230 raketini əldə etməsi İsraildə böyük ajiotaj yaradıb. İsrailin “Maariv” qəzeti yeni raketin …

Azərbaycanlı siyasi və mədəni fəalların həbs hökmlərinin ləğvi tələbi ilə petisiya yayımlandı

GADTB: Bir qrup mədəni fəalı və sakin tərəfindən yayımlanan petisiyada azərbaycanlı siyasi, vətəndaş və mədəni …