Cümə , İyun 26 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı İranda məhbuslara işgəncə verilməsinə pislədi

  GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlmiləl Əfv Təşkilatı irqçi fars rejimin siyasi məhbuslara qeyri-insani davranışlarını pisləyib. Təşkilat bildirir ki, 2018-2019—cu illərdə ölkədə baş verən etirazlardan sonra minlərlə insan yaxalanıb və onlara qarşı vəhşilik törədilib və işgəncə ediliblər.

“Amnesty International”-ın apardığı araşdırmalar göstərir ki, həmin etirazlardan sonra minlərlə insan həbs olunaraq, zindanlarda işgəncə görüb və ağır cəzalara məhkum ediliblər.

Beynəlmiləl Əfv Təşkilatı yeni raporunda, İran məhkəmə orqanlarının hətta özünün təyid etdiyi qanunlara da hörmət etmədiyini qeyd edib. Polis və əmniyət qüvvələri məhkəmə məqamlarının razılığı ilə məhkumların haqlarını ən kobud şəkildə pozurlar.

Qeyd edək ki, etirazların yatırılması zamanı təqribən 7 min kişi, qadın və uşağın tutuqlandığı deyilir. Hökümət qüvvələri hətta mərizxanaya yerləşdirilən uşaqları və yaralıları həbs edərək zindana aparıblar.

Beynəlmiləl Əfv Təşkilatına gələn bilgilərə görə, məhkumlar törətmədikləri cinayətləri “etiraf etmək” üçün ən ağır basqılara məruz qalırlar. Onlar həmin “etiraflar” əsasında uzunmüddətli həbs və hətta ölüm cəzalarına məhkum olunurlar. Onlar özlərini azad şəkildə difa etmək və vəkil seçmək haqqından məhrumdurlar.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …

Bir cavab yazın