GADTB Beynəlxalq Əlaqələr Dapartamentinin sədri sayın Mikayıl Oyta güneyli siyasi məhbuslara azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Dapartamentinin sədri sayın Mikayıl Oyta Quzey Azərbaycan mətbuatı ilə müsahibədə güneyli siyasi məhbuslara azadlıq tələb edib.

Sayın Mikayıl bəy Oyta  İran rejimini azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisanini azad etməyə çağırıb:

“Abbas Lisani və digər milli fəallarımız Azərbaycan türkcəsində təhsil hüququ tələb edir, milli kimlik uğrunda mübarizə aparırlar. İran rejimi Milli Hərəkatın qarşısını almaq üçün siyasi fəalları həbs edir, onlara  işgəncə verir. Molla rejimi bu yolla Mili Hərəkata mane ola bilməyəcək. Gec-tez Azərbaycan türkləri öz hüquqlarını bərpa edəcək”.

Mikayıl Oyta xarici ölkələrdə yaşayan soydaşlarımızı , azərbaycanlı siyasi məhbuslar və Abbas Lisaninin müdafiə kampaniyasına  qoşulmağa çağırıb:

“Biz güneyli məhbusları tək qoymamalıyıq. Beynəlxalq təşkilatlara durumla bağlı müntəzəm məlumat verməliyik. Biz  Azərbaycan-Avstraliya Assosiasiyası olaraq bununla bağlı Avstraliya hökumətinə müraciət etmişik”.

Həmçinin yoxlayın

Azərbaycanlı xanım idmançı Elnaz Rekabinin ölkədən çıxışına qadağa qoyuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi azərbaycanlı xanım idmançı Elnaz Rekabinin ölkədən …

Azərbaycan Müdafiə Nazirliyinin İran komandirinə cavabında mühüm detal

GADTB: Azərbaycan Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, …

Bir cavab yazın