Cümə , İyun 26 2026
azfa

İrəvanda etirazlar davam edir, tanklar yeridilir – Canlı

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, İrəvanın Respublika meydanında yenidən etiraz aksiyalarına start verilib.

xəbər verir ki, etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb.

Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb.

İrəvanda etirazların lideri olan Nikol Paşinyan səhər tezdən Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanına gəlib. O, burada jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib.

Bununla Paşinyan dünən Ermənistan polisinin yaydığı bəyanata cavab verib. Belə ki, polis dünən yaydığı bəyanatda hökumət binalarının müdafiəsi zamanı xüsusi vasitələr və hətta silahdan istifadə etmək haqqının olduğunu bildirib.

Artıq İrəvanın mərkəzində müxtəlif şayiələr yayılmağa başlanıb. Rusiyanın “Ekpress qəzeti” şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb.

Ermənistan Prezidenti Serj Sərkisyan da etiraz aksiyalarına reaksiya verib. Sərkisyan dünənki açıqlamasında bu aksiyaların ölkənin iqtisadiyyatına mənfi təsir etdiyini bildirib.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …

Bir cavab yazın