Şənbə , İyun 6 2026
azfa

İran adlanan ölkə uran ehtiyatını iki dəfəyə qədər artırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın uran ehtiyatı 900 tonu keçib. Bunu İRİB televiziyasına müsahibəsində İran adlanan ölkənin prezidentinin müavini Əli Əkbər Salehi deyib.

Salehi deyib: “Nüvə razılaşması imzalananda bizim uran ehtiyatımız 550 ton idi. Sonradan 400 ton uran idxal etməyi bacarmışıq. Bu 400 tonla uran ehtiyatımız təxminən 900-950 tona çatıb”.

Qeyd edək ki, ABŞ bu ilin mayında İranla nüvə razılaşmasından çıxdığını bəyan edib. Rəsmi Vaşinqton və Təl-Əviv bu razılaşmanın İran adlanan ölkənin nüvə silahı əldə etməsinə maneə yaratmadığını bildiriblər.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …

Bir cavab yazın