İran adlanan ölkənin dəstəklədiyi terrorçu hizbullah Livanda hakimiyyətə gəli

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Livanda keçirilən parlament seçkisində terrorçu Hizbullah üstünlük qazanıb.

Hizbullah parlamentdəki 128 mandatdan 67-sinə sahib olub. Baş nazir Saad Həririnin Gələcəyin Hərəkatı Partiyası mandat sayında Hizbullaha uduzub. Bununla belə, Həriri yenidən Livandakı sünni müsəlmanlar arasında əsas lider olub.

Livanın idarəetmə sisteminə əsasən hökumətə sünni şəxs rəhbərlik etməlidir. Buna görə də Həririnin yenidən baş nazir olacağı ehtimalı var.

Qeyd edək ki, bu, son 9 ildə ölkədə keçirilən ilk parlament seçkisidir. Bundan öncə parlament öz-özünə fəaliyyət müddətini üç dəfə uzadıb.

Livanda hakimiyyət bölgüsünə əsasən ölkənin prezidenti xristian, baş naziri sünni, spikeri isə şiə olmalıdır. Bundan başqa, hökumətdə müsəlmanlarla xristianların sayı eyni olmalıdır.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın