Bazar ertəsi , İyun 15 2026
azfa

İran adlanan ölkənin dəstəyi ilə husilər Ər-Riyadı raket atəşinə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin dəstəyi ilə husilər Ər-Riyadı raket atəşinə tutdu. Raketlərin atılması nəticəsində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dörd partlayış səsi eşidilib.

Bu barədə məlumatı “Əl Arabiya” televiziyası yayıb. Televiziya Səudiyyə ordusunun Ər-Riyada atılan dörd raketi hava hücumundan müdafiə sistemləri ilə məhv etdiyini bildirib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi qiyamçı husilər mütəmadi olaraq Səudiyyə Ərəbistanını raket atəşinə məruz qoyurlar.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın