İran mediası molla rejimin ABŞ-a təklifinə verdiyi cavabın təfərrüatlarını təqdim edib

GADTB: Tasnim xəbər agentliyi məsələ ilə tanış olan mənbəyə istinadən xəbər verir ki, İranın əks təklifində ABŞ sanksiyalarının qaldırılmasının, bütün cəbhələrdə müharibənin dayandırılmasının və Amerika tərəfinin müəyyən öhdəliklərini yerinə yetirərkən Hörmüz boğazının İran tərəfinə nəzarətin vacibliyi vurğulanır.

Digər əsas şərt ilkin razılaşmanın imzalanmasından sonra dəniz blokadasının dərhal qaldırılmasıdır.

Bundan əlavə, mənbənin məlumatına görə, Tehran neft satışına qoyulan sanksiyaların 30 gün ərzində ləğv edilməsini tələb edir.

“İranın dondurulmuş aktivlərinin ilkin razılaşmanın imzalanması ilə sərbəst buraxılması, eləcə də ABŞ-nin bu 30 gün ərzində müəyyən tədbirlər görməsi də İranın təklifinin mətnində yer alıb”, – deyə Tasnim qeyd edir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …