Çərşənbə axşamı , İyun 9 2026
azfa

Molla rejimin həbs etdiyi Peyman Kəeavərzin taleyindən 15 gündür xəbər yoxdur

GADTB: Güney Azərbaycanın “Traxtur” futbol klubunun sabiq futbolçusu və hazırda “Akademiya Kiya” klubunda çıxış edən Peyman Keşavərz, 1404-cü il bəhmən ayının 1-də Təbriz şəhərində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunduğu vaxtdan indiyədək onun ailəsi ilə yalnız bir qısa telefon danışığı baş tutub ki, bu da yaxınlarının dərin narahatlığını aradan qaldırmayıb.

Sosial şəbəkələrdə yayılan bir videoda Peyman Keşavərz Nəzərli (Nadarlı) Azərbaycan tarında ifası ilə öz mədəni və bədii kimliyini ifadə edir. Bu gün həmin musiqi sədaları onun yoxluğunu daha da acı şəkildə xatırladır.

Bu azərbaycanlı idmançının saxlanılmasından 15 gün keçməsinə baxmayaraq, onun harada saxlanıldığı, fiziki və hüquqi vəziyyəti, eləcə də ona yönəldilən ittihamlar barədə hələ də heç bir rəsmi və aydın məlumat yayılmayıb. Davam edən bu qeyri-müəyyənlik ailəsi və yaxınları arasında ciddi narahatlıq doğurur.

Həmçinin yoxlayın

ABŞ vitse-prezidenti: Danışıqlar nəticəsiz qalarsa, digər variantlar da masada olacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Ceyms Devid (C.D.) Vens diplomatik səylərin davam etdiyini vurğulayaraq bildirib ki, danışıqlar …

Təbriz həbsxanasında azərbaycanlı siyasi məhbusların aclıq aksiyası keçirir

GADTB: Təbriz həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və …