Şənbə , İyun 27 2026
azfa

Molla rejiminin Tarixi Abidələri Bərpa İdarəsi Təbrizdə tarixi abidəni dağıdıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin Tarixi Abidələri Bərpa İdarəsi Təbrizdə tarixi abidəni bərpa bəhanəsi ilə dağıdıb.

Təbrizin tarixi hamamının mülkiyyətçilərindən olan Məhəmmədhüseyn Abbasqulizadə bu barədə mediaya məlumat verib.

Məhəmmədhüseyn Abbasqulizadənin dediyinə görə, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi hamamın təmirniə görə ayrılan büdcəni təyinatı üzrə xərcləməyib və Təbrizin qədim hamamlarınmdan olan tarixi tikilinin bərpa işlərini yarımçıq buraxıb.

Abbasqulizadə deyib: “Bu tarixi hamam İsfahan və ya Şirazda olsaydı belə aqibətlə üzləşməzdi”.

Onun sözlərinə görə, hamamın bərpası ilə 2005-ci ildə əlaqədar qurumnlara müraciətlərindən sonra bərpa işlərinə başlanılıb və hamamın günbəzi və bir neçə bölməsi dağıdıldıqdan sonra işlər dayandırılıb.

Qeyd edək ki, Təbrizin bu tarixi hamamı Qacarlar dövrünə aiddir və 270 il öncə tikilib.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …