Cümə , İyun 26 2026
azfa

Pentaqon Hörmüz boğazı ilə bağlı İran adlanan ölkəyə sərt cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Pentaqon Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək gücündədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ ordusunun Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bil Urban deyib.

“ABŞ və tərəfdaşları regionda təhlükəsizlik və stabilliyi təmin edirlər. Biz beynəlxalq normalar əsasında naviqasiya və kommersiya daşımalarının sərbəstliyini təmin etməyə hazırıq”, – o bildirib.

Qeyd edək ki, İran bundan öncə ölkə neftinin ixracına qadağa qoyulacağı halda Hörmüz boğazını bağlayacağını açıqlamışdı.‍

Həmçinin yoxlayın

ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satır

GADTB: ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satışı ilə bağlı razılığa gəlib. Bu barədə …

ABŞ körfəzdəki bazalarının bir hissəsini İsrailə köçürməyi nəzərdən keçirir

GADTB: “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin yerləşdirilməsini yenidən …

Bir cavab yazın