Türkiyə ABŞ-Yunan müqaviləsinə qarşı çıxıdı

GADTB: Türkiyə Yunanıstanın Krit adasının cənubunda karbohidrogen yataqlarının kəşfiyyatı ilə bağlı Amerika nəhəngi “Şevron”la razılaşmasına qarşı çıxıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Ankara bu addımın beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə zidd olduğunu bildirib:

“Türkiyə Müdafiə Nazirliyinə görə, bu fəaliyyət Türkiyə-Liviya arasında dəniz yurisdiksiyası haqqında 2019-cu il memorandumunun pozulması ilə həyata keçirilib. Bu işlər Türkiyənin kontinental şelfinə birbaşa təsir etməsə də, BMT-yə bəyan edildiyi kimi, Liviyanın dəniz hüquqlarını pozur”.

Qeyd edək ki, “Şevron”la bağlanan müqavilə Yunanıstanın dənizdə qaz kəşfiyyatı imkanlarını genişləndirir və AB-nin Rusiyanın enerji ehtiyatlarından asılılığını azaltmaq səylərinin bir hissəsidir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …